12:01 - 25.10.2023
25 oktyabr, Fineko/abc.az. “İran Milli Bankı”nın Bakı filialı 2023-cü ilin 3-cü rübünə olan hesabatını açıqlayıb.
ABC.AZ hesabata istinadən xəbər verir ki, bankın aktivləri bu ilin əvvəli ilə müqayisədə 17.034 milyon manat azalaraq 79.586 milyon manata düşüb. Xatırladaq ki, 2023-cü ilin əvvəlində bankın aktivləri 96.620 milyon manat təşkil edib.
Hesabatdan görünür ki, “İran Milli Bankı”nın Bakı filialının maliyyə institutları qarşısında öhdəlikləri 9 ay ərzində 33.513 milyon manatdan 21.581 milyon manata enib (11.932 milyon manat azalma).
Bankın nizamnamə kapitalı dəyişməyib – 73.611 milyon manat.
Bankın məcmu kapitalı isə 56.124 milyon manat təşkil edib.
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
31 Avqust 2026
31 Avqust 2026
1 Sentyabr 2026
30 Avqust 2026