11:57 - 23.10.2023
23 oktyabr, Fineko/abc.az. ABŞ hökumətinin 2023-cü maliyyə ili üçün sentyabrın 30-da başa çatan büdcə kəsiri əvvəlki maliyyə ili ilə müqayisədə 320 milyard dollar (23%) artıb.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat yayıb. Bildirilir ki, artımdan sonra ABŞ-ın büdcə kəsiri 1.695 trilyon dollar təşkil edib, .
2023-cü maliyyə ilində büdcə gəlirləri 9% azalaraq 4.439 trilyon dollara düşüb. Şəxsi gəlir vergisi daxilolmaları 17% azalaraq 2.176 trilyon dollar təşkil edib.
ABŞ-ın büdcə xərcləri 2% azalaraq 6.134 trilyon dollar təşkil edib. Dövlət istiqrazları üzrə faiz ödənişləri 23% artaraq 879.3 milyard dollara çatıb.
Müəllif: Elmir Murad
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
2 Sentyabr 2026
1 Sentyabr 2026