17:14 - 20.10.2023
20 oktyabr, Fineko/abc.az. Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramına görə, 2022-2026-cı illər ərzində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında 3 şəhər mərkəzi, 5 qəsəbə və 24 kəndin tikintisi nəzərdə tutulub.
ABC.AZ xəbər verir ki, bunu Şərqi Zəngəzur iqtisadi rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətininin icraçı direktoru Növrəs Cəfərov “Bərpa, Tikinti və İdarəetmə xidmətlərinin Böyük Qayıdışa töhfələri” mövzusunda keçirilən paneldə deyib.
“Böyük Qayıdışın ilk ünvanı sayılan Zəngilan rayonunun Ağalı kəndində artıq həyat var. Bu kəndə 649 nəfərdən ibarət 133 ailə köçürülüb. Ağalı kəndinin idarəedilməsinə cəlb olunan əməkdaşlarımızın əksər hissəsi məhz buranın sakinləridir”, – deyə N. Cəfərov qeyd edib.
26 Noyabr 2026
26 Noyabr 2026
26 Noyabr 2026
26 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026