“PAŞA Bank”  Şuşada filial açacaq

14:26 - 20.10.2023


20 oktyabr, Fineko/abc.az. “PAŞA Bank” ASC-nin Şuşada regional filialı açılacaq.

ABC.AZ  xəbər verir ki, bunu “PAŞA Bank”ın Komplayns və idarəetmə blokunun baş direktoru Anar Kərimov deyib.

O qeyd edib ki, gələn il aprelin sonuna filialın inşaat işləri yekunlaşacaq.

 “Qarabağda ilk filial Şuşa şəhərindən fəaliyyətə başlayacaq. Eyni zamanda, Lənkəranda da filialımızın açılması planlaşdırılır”, - deyə baş direktor qeyd edib.