10:38 - 20.10.2023
20 oktyabr, Fineko/abc.az. ABŞ-ın nüfuzlu Banklarından olan “Metropolitan Commercial Bank” FED tərəfindən cərimələnib.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bank müştəri identifikasiyası qaydalarını pozduğu üçün cərimələnib. Bu barədə FED-in açıqlamasında bildirilib. Qeyd edilib ki, ”Metropolitan”ın 2020-ci ildə qeyri-qanuni şəxslər üçün əvvəlcədən ödənilmiş kart hesabları açdığı və daha sonra qeyri-qanuni əldə edilmiş dövlət işsizlik sığortası müavinətlərini toplamaq üçün bu hesablardan istifadə etdiyi, bankın həqiqi şəxsiyyətini yoxlamaq üçün adekvat prosedurlara malik olmadan üçüncü tərəf proqram administratorundan istifadə etdiyi ortaya çıxıb.
FED və Nyu York Maliyyə Xidmətləri Departamentinin banka tətbiq etdiyi ümumi cəzanın təxminən 30 milyon dollar olduğu məlum olub.
Müəllif: Elmir Murad
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
31 Avqust 2026
31 Avqust 2026
1 Sentyabr 2026
31 Avqust 2026
1 Sentyabr 2026