11:17 - 19.10.2023
19 oktyabr, Fineko/abc.az. “Muğan Bank” ASC-nin bank lisenziyasının ləğvi bank sektorunun maliyyə dayanıqlığı və maliyyə sabitliyinə heç bir təhdid yaratmır”.
ABC.AZ Mərkəzi Bankının (AMB) yaydığı açıqlamada bildirilib.
Açıqlamada əlavə olunub ki, “Muğan Bank” ASC-nin ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi 1,4 faiz, kredit portfelində 2 faiz, sektorun öhdəliklərində isə cəmi 1,3 faiz təşkil edir.
Qeyd edək ki, AMB İdarə Heyətinin qərarı ilə “Muğan Bank” ASC-nin lisenziyası oktyabrın 19-dan ləğv edilib, banka müvəqqəti inzibatçı təyin edilmiş və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub.
8 Sentyabr 2026
8 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026