14:12 - 18.10.2023
18 oktyabr, Fineko/abc.az. "Bi Aqro” MMC ötən ilin maliyyə hesabatını açıqlayıb.
ABC.AZ hesabata istinadən xəbər verir ki, şirkətin əsas əməliyyat gəlirləri 2 milyon 888,2 min manat təşkil edib. Gəlirlər illik müqayisədə 736,9 min manat (34,3 %) artıb. Satışın maya dəyəri 530,2 manat olub ki, bu da son bir ildə 2,9 dəfə azalma deməkdir.
Beləliklə şirkət ötən il 2 milyon 357,9 min manat ümumi mənfəət əldə edib.
Şirkət 2022-ci ili 1 milyon 125,2 min manat xalis mənfəətlə başa vurub. 2021-ci ildə isə 780,8 min manatlıq zərər etmişdi.
“Bi Aqro” MMC-nin aktivləri 7 milyon 639,8 min manat təşkil edib. Akitvlər son bir ildə 236,4 min manat (3%) azalıb.
Şirkətin öhdəlikləri isə 570,7 min manat (37,4%) azalaraq 957,1 min manata düşüb.
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
31 Avqust 2026
31 Avqust 2026
1 Sentyabr 2026
30 Avqust 2026