Son 9 ayda nə qədər güzəştli kredit verilib?  

17:13 - 16.10.2023


16 oktyabr Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu 101,9 milyon manat güzəştli kredit verib.

ABC.AZ Fonda istinadən xəbər verir ki, həmin vəsait sahibkarların 2 105 layihəsinin maliyyələşdirilməsinə yönəldilib.

Fond 9 ayda ayırdığı kreditlər hesabına 1 505 yeni iş yerinin yaradılması nəzərdə tutulur.