Repo qısamüddətli borclanma alətinin ticarəti üzrə rekord qeydə alınıb

11:31 - 16.10.2023


16 oktyabr, Fineko/abc.az. Cari il oktyabrın 13-də "Bakı Fond Birjası" QSC-də (BFB) qısamüddətli borclanmaya dair repo əqdləri üzrə ticarətdə yeni rekord qeydə alınıb.

ABC.AZ  BFB-yə istinadla xəbər verir ki, həmin gün repo əqdləri üzrə ticarətin ümumi dəyəri 348 milyon manat olub.
Bundan əvvəl ən yüksək göstərici bu il martın 10-da 242 mlyon manat olmaqla qeydə alınmışdı.