10:50 - 16.10.2023
16 oktyabr Fineko/abc.az. Ölkənin aparıcı banklarından olan "Rabitəbank" bu ilin ilk 9 ayını əhatə edən maliyyə göstəricilərinə dair hesabatını ictimaiyyətə təqdim edib.
ABC.AZ xəbər verir ki, 2023-cü ilin III rübündə "Rabitəbank"ın mənfəəti 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 33% və ya 4 milyon 142 min manat artaraq 16 milyon 817 min manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bankın aktivləri 48.8 milyon və ya 5% artaraq 1 milyard 3 milyon manat təşkil edib.
Hesabat dövründə bankın müştərilərə verdiyi kreditlərin həcmi 15% artaraq 701,5 milyon manat təşkil edib. Bu dövrdə bankın istehlak kreditləri 241,4 milyon manat (illik müqayisədə 17% çox), biznes kreditləri 334.6 milyon manat (illik müqayisədə 10% çox), daşınmaz əmlak kreditlərinin həcmi isə 125,5 milyon manat (illik müqayisədə 26% çox) təşkil edib.
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
31 Avqust 2026
31 Avqust 2026
1 Sentyabr 2026
31 Avqust 2026
1 Sentyabr 2026