15:26 - 4.10.2023
4 oktyabr, Fineko/abc.az. 2023-cü ilin ilk altı ayında qeyri-işlək portfelin həcmi 0.7% azalaraq 0.7 mlrd. təşkil edib. Qeyri-işlək portfelin cəmi portfeldə payı isə 0.4 faiz bəndi azalaraq 3.4% olub. Hazırda qeyri-işlək kredit (QİK) əmsalı göstəricisi tarixi minimum səviyyəsindədir.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu barədə Mərkəzi Bankın ”Maliyyə Sabitliyi Hesabatında” bildirilib.
Qeyd edək ki, QİK portfelinin azalması banklarda risklərin idarəedilməsi çərçivəsinin təkmilləşdirilməsi ilə yanaşı ödəmə qabiliyyətini itirmiş bankın sistemdən kənarlaşdırılması, həmçinin problemli kreditlərin balansdan silinməsi hesabına dəstəklənib. Yarımil ərzində 43 mln. manat məbləğində silinmə baş verilib.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
3 Sentyabr 2026
2 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026