Afrika Birliyi kredit reytinqi agentliyi yaradır

15:20 - 18.09.2023


18 sentyabr, Fineko/abc.az. Afrika Birliyi beynəlxalq kredit reytinq agentliklərinin Afrika ölkələrinə yanlış reytinqlər verdiyi qənaətindədir.

Afrika Birliyi (AU) qitədəki ölkələri "ədalətsiz" olaraq qiymətləndirdiyi "böyük üçlük" beynəlxalq reytinq agentliklərinə alternativ təşkilatın gələn il fəaliyyətə başlayacağını açıqlayıb.

ABC.AZ xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Afrika İqtisadi Şurası (UNECA) üçün hazırlanan hesabata görə, Moody's, Fitch və S&P reytinqlərində əhəmiyyətli səhvlərə yol versələr də, qlobal maliyyə qərarlarına və kapital axınına təsir göstərməkdə davam edirlər.

Hesabatda bildirilir ki, Qana prezidenti Nana Akufo-Addo bu qurumları hökumətləri kapital bazarlarından kənarlaşdıran əsassız endirmələr yolu ilə inkişaf etməkdə olan ölkələrdə maliyyə çətinliklərini artırdıqlarına görə tənqid edib.