14:43 - 12.09.2023
12 sentyabr, Fineko/abc.az. 2023-cü ilin 6 ayı üzrə tədiyə balansı əsasən neft və qaz qiymətlərinin əlverişli olması, qeyri-neft-qaz ixracının artması və kapitalın və maliyyənin hərəkəti hesabında müsbət meyllərdən təsirlənmişdir.
Cari əməliyyatlar balansında 5 milyard 155 milyon dollar, kapital və maliyyənin hərəkəti hesabında isə 509 milyon dollar profisit yaranmış, ehtiyat aktivləri 5 milyard 245 milyon dollar artmışdır.
Bu dövrdə xam neftin orta qiyməti 81 dollar/barel olmuş, qeyri-neft-qaz ixracı isə 23% artaraq 1.7 milyard dollar səviyyəsində formalaşmışdır.
ABC.AZ xəbər verir ki, bu, Mərkəzi Bankın açıqladığı 2023-cü ilin 6 ayı üzrə Azərbaycan Respublikasının tədiyə balansıında bildirilir
Müqayisə üçün qeyd edək ki, 2022-ci ilin 6 ayı üzrə tədiyə balans əsasən qlobal əmtəə bazarlarında neft-qaz qiymətlərinin və qeyri-neft ixracının əhəmiyyətli artımından təsirlənmişdi.
Cari əməliyyatlar balansında 10 milyard 331 milyon dollar profisit, kapital və maliyyənin hərəkəti hesabında isə 5 milyard 298 milyon dollar kəsir yaranmış, ehtiyat aktivləri 4 milyard 633 milyon dollar artmışdı. Bu dövrdə xam neftin orta qiyməti 101 dollar/barel olmuş, qeyri-neft ixracı isə 32.6% artaraq 1.4 milyard dollar səviyyəsində formalaşmışdı.
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
2 Sentyabr 2026