“Pasha Bank Georgia”da işdən çıxmalar olub

15:54 - 11.09.2023


11 sentyabr, Fineko/abc.az. “Paşa Bank” ASC-nin Gürcüstanda fəaliyyət göstərən törəmə bankı “Pasha Bank Georgia”nın Müşahidə Şurasının sədri və bir üzvü tutduqları vəzifədən ayrılıblar.

ABC.AZ ekonominfo.az-a istinadən xəbər verir ki, tutduqları vəzifədən ayrılanlar “PASHA Bank Georgia”nın Müşahidə Şurasının sədr Fərid Məmmədov və üzvü Cəlal Qasımovdur.

Hazırda “Pasha Bank Georgia”nın Müşahidə Şurasında 3 şəxs təmsil olunur. Bunlar Şahin Məmmədov, George Glonti və Ebru Ogan Knottnerusdur.

Qeyd edək ki, “Pasha Bank Georgia”nın Müşahidə Şurasının üzvülüyündən ayrılan Cəlal Qasımov eyni zamanda “Paşa Holdinq”in baş icraçı direktorudur. Cəlal Qasımov “Paşa Holdinq”ə bağlı olan “Kapital Bank” ASC-nin Müşahidə Şurasının üzvü olmaqla bərabər, “Paşa Bank”ın Türkiyədəki törəmə bankının da İdarə heyətinin sədridir.