HSBC bank qrupu Rusiya və Belarus üçün pul köçürmələri xidmətini dayandırır

11:34 - 8.09.2023


8 sentyabr, Fineko/abc.az. HSBC bank qrupu 27 oktyabr 2023-cü il tarixindən etibarən Rusiya və Belarusa münasibətdə hüquqi şəxslər üçün pul köçürmə xidmətlərinin göstərilməsini dayandırır.

ABC.AZ xəbər verir ki, bu barədə məlumatı Yaponiyanın “Nikkei” qəzeti dərc edib.

Qəzet yazır ki, bu addım beynəlxalq maliyyə sektorunda “tənzimləmə mənzərəsinin mürəkkəbləşməsi” ilə bağlıdır. Qərarın məqsədi “Rusiya və Belarusda pul köçürmələri ilə mövcud riskləri minimuma endirməkdir".