Dünyada 6 “Bitcoin” milyarderi var

17:25 - 7.09.2023


7 sentyabr, Fineko/abc.az. Dünyanın hər yerində yüz milyonlarla insan, istər “Bitcoin”, istərsə də alternativ valyuta kimi kriptovalyutalara sahibdir.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, “Henley & Partners” tərəfindən dərc edilən “Kripto Aktiv Hesabatı”na görə, ən azı 1 milyard dollar dəyərində kripto aktivinə sahib olan insanların sayı 22-dir.

Onlardan 6-sı investisiyalarını “Bitcoin”də saxlayır.

“Henley & Partners”in hesabatına görə, 425 milyon insanın kriptovalyutadan istifadə etdiyi təxmin edilir.