14:31 - 4.09.2023
4 sentyabr, Fineko/abc.az. Məşhur"Citibank" Rusiyada bankomatlar ilə xidmətini dayandırır.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, kredit təşkilatından bildiriblər ki, ilin sonuna kimi bankın ölkədəki bütün bankomat şəbəkəsi söküləcək.
Qeyd edilib ki, əməliyyatlar onlayn (Citibank Mobile) və filiallarda aparıla bilər.
"Hörmətli müştərilər, sizə Citibank ATM-lərində xidmətin dayandırılması prosesinin başlanması barədə məlumat vermirik. Bütün ATM-lər 2023-cü ilin sonunadək söküləcək", - deyə bildirilib.
Qeyd edək ki, 2021-ci ilin aprel ayında "Citigroup" şirkəti Rusiyada və digər 13 ölkədə ticarət biznesini məhdudlaşdırmağı planlaşdırdığını elan edib. Rusiya Ukraynaya hücum etdikdən sonra bir çox xarici banklar kimi "Citigroup" da Rusiyadan çıxacağını elan edib.
Müəllif: Elmir Murad
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
31 Avqust 2026
31 Avqust 2026
1 Sentyabr 2026
31 Avqust 2026
1 Sentyabr 2026