Bankların mənfəət vergisi ödəmələri artıb

14:22 - 30.08.2023


30 avqust, Fineko/abc.az. Bu ilin yanvar-iyul aylarında Azərbaycan bankları 163,4 milyon manat mənfəət vergisi ödəyib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 43,2% çox olub.

ABC.AZ “Renkinq”ə istinadla xəbər verir ki, yeddi ayda  banklar 818,7 milyon manat vergiyəqədərki mənfəət əldə edib ki,  bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 34,9% çoxdur.