Valyuta hərracında banklar $58,9 mln alıb

12:38 - 29.08.2023


29 avqust, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatına görə, avqustun 29-da valyuta hərracında bankların tələbi $58,9 mln təşkil edib və tam təmin edilib.

Valyuta hərracının yekunlarına əsasən manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.

Avqustun 24-də keçirilən valyuta hərracında AMB banklara $61,33 mln satıb.