11:17 - 24.08.2023
24 avqust, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən banklardan bir neçəsinin bu ilin I yarısındakı xüsusi ehtiyatlara ayırmaları ötən ilin eyni dövrü ilə müqayisədə az olub.
ABC.AZ “Renkinq”ə istinadla xəbər verir ki, “Azərbaycan Beynəlxalq Bankı” (ABB), “Kapital Bank”, “Bank Avrasiya”, “Muğan Bank” və “Rabitəbank” ASC-lərin, eləcə də “Access Bank” və “Yapı Kredit Bank Azərbaycan” QSC-lərin isə xüsusi ehtiyatlara ayırmaları azalıb.
Ən çox azalma “Rabitəbank”da (90,1%), ən az azalma isə “Access Bank”da (3,2%) qeydə alınıb.
3 bank – “Express Bank”, “Bank Respublika” və “Azərbaycan Sənaye Bankı” ASC-lər bu ilin yanvar-iyun aylarında xüsusi ehtiyatlara vəsait ayırıb, ötən ilin eyni dövründə qənaət edib, 5 bank – “Premium Bank”, “Naxçıvan Bank”, “Bank BTB”, “Xalq Bank” və “Yelo Bank” ASC-lər isə bu ilin I yarısında xüsusi ehtiyatlar üzrə qənaət edib, ötən ilin eyni dövründə vəsait ayırıb. Odur ki, bu bankların xüsusi ehtiyatlar üzrə ayırmalarının / qənaətinin dinamikasını hesablamaq mümkün olmayıb.
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026