Avronun dollara nisbətdə dəyəri düşməyə başlayıb

16:36 - 23.08.2023


23 avqust, Fineko/abc.az. Avronun dollara nisbətdə dəyəri, Avro zonasında işgüzar aktivliyə dair zəif məlumatların açıqlanmasından sonra düşməyə başlayıb.

ABC.AZ xəbər verir ki, Bakı vaxtı ilə saat 15:20-yə olan məlumata görə, avronun dollara qarşı məzənnəsi 0,32% azalma ilə 1,0809 dollar təşkil edib.

Dollar indeksi isə (ABŞ-ın ticarət tərəfdaşları olan altı ölkənin valyutalarından ibarət səbətə nisbətdə məzənnə) 0,27% artaraq 103,85 bənd olub.

Avro zonasının istehsal və xidmət sektorunda işgüzar fəallığı ölçən indeks (PMI) iyuldakı 48,6 bənddən avqustda 47 bəndə düşüb, bu da üç ilin ən aşağı səviyyəsidir. Proqnoz 48,5 bənd idi.