11:24 - 23.08.2023
23 avqust, Fineko/abc.az. 2023-cü ilin iyul ayında bankların biznes kreditləri portfeli 27,8 milyon manat azalıb.
ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, 2023-cü ilin iyun ayının sonunda bankların cəmi biznes kreditləri portfeli 11 milyard 650,5 milyon manat ikən, iyul ayının sonunda 11 milyard 622,7 milyon manat təşkil edib.
İyul ayında bankların cəmi kredit portfeli 75,8 milyon manat artaraq 21 milyard 372 min manata çatıb. O cümlədən, istehlak kreditləri portfeli 51,3 milyon manat artaraq 6 milyard 376 milyon manata, ipoteka kreditləri portfeli isə 52,3 milyon manat artaraq 3 milyard 373,3 milyon manata yüksəlib.
2023-cü ilin 7 ayı ərzində bankların kredit portfeli 1 milyard 777,6 milyon manat artıb.
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
2 Sentyabr 2026