“Binance” kriptobirjası bunu dayandırdı - Detallar

16:28 - 22.08.2023


22 avqust, Fineko/abc.az. “Binance” kriptobirjası ödəniş provayderi ilə bağlı problemlərə görə Avropa İttifaqı (Aİ) üçün avro ilə vəsait yerləşdirməyi və çıxarmağı dayandırıb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, birja avqustun 20-də “Binance” SEPA vasitəsilə avro ilə vəsaitlərin çıxarılmasını və yerləşdirilməsini dayandırıb.

Kriptovalyuta birjası SEPA köçürmələrini bərpa etmək üçün xüsusi bir vaxt qrafikinin olmadığını bildirib və əlavə edib ki, ödəniş provayderi “artıq bu əməliyyatları dəstəkləyə bilməz”.