Azərbaycanda 9 bank şöbəsi bağlanıb

09:59 - 22.08.2023


22 avqust, Fineko/abc.az. 31 iyul 2023-cü il tarixinə fəaliyyət göstərən 24 bankın filiallarının sayı 486, şöbələrinin sayı 86, ATM-lərin sayı 3,015 olub.

ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, bu barədə Mərkəzi Bankın hesabatında bildirilir. 

Əvvəlki ay ilə müqayisədə bank filiallarının və şöbələrinin sayı dəyişməz qalıb, ATM-lərin sayı isə 6 ədəd artıb.

İllik müqayisədə 9 bank şöbəsi bağlanıb, 6 bank filialı açılıb.