Cari ildə müddətli əmanətlər 53% təşkil edib

15:39 - 21.08.2023


21 avqust, Fineko/abc.az. Cari ilin yeddi ayında fiziki şəxslərin əmanət portfelinin 53.5%-i (6,645.6 mln. manat) müddətli əmanətlərdən ibarətdir.

Bu barədə ABC.AZ Mərkəzi Bankın hesabatına istinadla xəbər verir.

Hüquqi şəxslərin tələbli depozitləri 15,816.4 mln. manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 81.5%-ni təşkil etmişdir.