Bankların xarici öhdəlikləri artıb

15:00 - 21.08.2023


21 avqust, Fineko/abc.az. Bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 569.3 mln. manat artaraq 2,331.2 mln. manat təşkil etmişdir.

Bu barədə ABC.AZ Mərkəzi Bankın cari ilin yeddi aylıq hesabatına istinadla xəbər verir.

Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident hüquqi və fiziki şəxslərin qısamüddətli depozitlərinin həcmindəki artım ilə əlaqədardır.