15:54 - 17.08.2023
17 avqust, Fineko/abc.az. Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, cari il iyulun 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,7 faiz artaraq, milli valyuta ekvivalentində 21 milyard 966,2 milyon manat təşkil edib.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, ümumi kredit portfelinin 18 milyard 197,2 milyon manatı və ya 82,8 faizi uzunmüddətli kreditlərin payına düşüb. Kreditlərin 96,9 faizi banklar, 3,1 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.
Ödəmə vaxtı keçmiş kreditlərin məbləği il ərzində 24 faiz azalaraq 502,3 milyon manat olmuş və ümumi kredit portfelinin 2,3 faizini təşkil edib.
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
2 Sentyabr 2026