“ABB”-nin  işçilərinin sayı 13% artıb

17:23 - 10.08.2023


10 avqust, Fineko/abc.az. Bu il iyulun 1-nə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin işçilərinin sayı 3 295 nəfər təşkil edib.

ABC.AZ “Renkinq”ə istinadla xəbər verir ki, bu barədə Bankın yarım illik idarəetmə hesabatında qeyd edilib.

Sənədə əsasən, bu, ötən il iyulun 1-i ilə müqayisədə 387 nəfər və yaxud 13,3% çoxdur.