Bankların fiziki şəxslərdən cəlb etdiyi depozitlər artıb

16:25 - 8.08.2023


8 avqust, Fineko/abc.az. Bu il iyulun 1-nə Azərbaycan banklarının fiziki şəxslərdən cəlb etdiyi depozitlər 12 472,5 milyon manat təşkil edib.

ABC.AZ "Renkinq"ə istinadla xəbər verir ki, bu, ötən il iyulun 1-i ilə müqayisədə 20,2% çoxdur.