14:20 - 2.08.2023
2 avqust Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının mütəxəssisləri Mərkəzi Seçki Komissiyasında (MSK) və dairə seçki komissiyasında (DSK) yaradılan nəzarət-təftiş xidmətində təmsil olunacaq.
Bu barədə Prezident İlham Əliyevin təsdiqlədiyi Seçki Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanunda əksini tapıb.
Belə ki, Məcəlləyə əsasən seçki komissiyalarına ayrılmış pul vəsaitinin təyinatı üzrə istifadəsinə, seçki fondları vəsaitinin düzgün qeydə alınmasına və istifadəsinə, pul vəsaitinin daxil olma mənbələrinə nəzarəti təmin etmək məqsədi ilə Mərkəzi Seçki Komissiyasında və dairə seçki komissiyasında nəzarət-təftiş xidmətləri yaradılacaq.
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
1 Sentyabr 2026
31 Avqust 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026