Azərbaycanda pul bazası azalıb

12:11 - 2.08.2023


2 avqust, Fineko/abc.az. Azərbaycanda pul bazası avqustun 1-nə 18 milyard 262,6 milyon manat təşkil edib.

ABC.AZ Mərkəzi Banka istinadla xəbər verir ki, bu göstərici ötən ayla müqayisədə 139,1 milyon manat azdır.