Azərbaycan Mərkəzi Bankı vətəndaşlara SMS-lə cavab verəcək  

11:57 - 1.08.2023


1 avqust, Fineko/abc.az.  Azərbaycan Mərkəzi Bankı (AMB) bundan sonra kağız daşıyıcı vasitəsilə daxil olan müraciətlərdə vətəndaşın mobil nömrəsi qeyd olunarsa, həmin müraciətlərin qeydiyyatı və cavablandırılması barədə müraciət sahibinə SMS-bildiriş göndərəcək.

 Bu barədə ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir.

Xatırladaq ki, indiyə qədər yalnız elektron müraciət edən vətəndaşların elektron poçt ünvanlarına və mobil telefon nömrələrinə müraciətlərinin qeydiyyatı barədə bildirişlər göndərilirdi.