BOKT-lara kredit kartı buraxmaq səlahiyyəti verilib – Fərman

15:13 - 31.07.2023


31 iyul, Fineko/abc.az. Prezident İlham Əliyev “Bank olmayan kredit təşkilatları haqqında” qanunda dəyişiklik edilməsi barədə 6 iyul 2023-cü il tarixli qanunun tətbiqi barədə Fərman imzalayıb.

ABC.AZ xəbər verir ki, Fərmana əsasən yenilənmiş qanunla BOKT-lara kredit kartı buraxmaq səlahiyyəti verilib.

Azərbaycan Mərkəzi Bankı ödəniş hesablarının açılması və aparılması, habelə kredit kartlarının emissiyası qaydasını 6 ay müddətində təsdiq edib dövlət başçısına məlumat verməlidir.