Daha bir BOKT qeydiyyata alındı - Yeni şirkət gəlir

16:05 - 28.07.2023


28 iyul, Fineko/abc.az. Dövlət Vergi Xidməti "Nova Credit BOKT" MMC-ni (VÖEN:1308342131) qeydiyyata alıb.

ABC.AZ xəbər verir ki, şirkətin nizamnamə kapitalı 300 000 manatdır.

22 may 2023-ci il tarixində qeydiyyata alınan şirkətin qanuni təmsilçisi İsrafilzadə Həsən Fazil oğludur.

Müşahidə şurasının üzvlərinin adı: İsrafilov Həsən Fazi oğlu, Abbasov Kamran Maarif oğlu, Süleymanlı Azər Bəxtiyar oğlu.

Şirkətin hüquqi ünvanı Az1141, Bakı şəhəri, Yasamal Rayonu, Şəfayət Mehdiyev küçəsi ev138, MƏH1023-də yerləşir.