Bu Bankın kredit portfeli 15 milyon 436 min manat artıb

15:50 - 28.07.2023


28 iyul, Fineko/abc.az. "Bank VTB Azərbaycan"ın cəmi aktivləri ötən ilin sonu ilə müqayisədə 2023-cü ilin ilk yarısında 1,7% azalaraq 30 iyun 2023-cü il tarixində 234 milyon 340 manat təşkil edib.

ABC.AZ Bankın hesabatına isyətinadən xəbər verir ki, cüzi azalma nağd pul vəsaitlərinin dəyişməsi ilə əlaqədardır.

"Bank VTB Azərbaycan"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər)  ötən ilin sonu ilə müqayisədə 2023-cü ilin ilk yarısında 15 milyon 436 min manat və ya 9,7% artaraq 175 milyon 211 manata çatıb.

"Bank VTB Azərbaycan"da depozitlər 2023-cü ilin birinci yarısında 2022-ci ilin sonu ilə müqayisədə 10 milyon 218 min manat və ya  10,8% azalaraq 84 milyon 633 manat  təşkil edib.

30 İyun 2023-cü il tarixində "Bank VTB Azərbaycan" 79 milyon 576 min manat məcmu kapitala malik olub.