Ukrayna Milli Bankı uçot faiz dərəcəsini belə dəyişdi

16:30 - 27.07.2023


27 iyul, Fineko/abc.az. Ukrayna Milli Bankı uçot faiz dərəcəsini son bir ildə ilk dəfə azaldıb.

ABC.AZ Banker.az-a istinadən xəbər verir ki,  bu barədə ölkənin mərkəzi bankının press-relizində bildirilir. .

Qeyd edilir ki, uçot faiz dərəcəsi 25%-dən 22%-ə qədər endirilir. Sonuncu dəfə 2022-ci ilin iyunun iclasında 25%-ə qaldırılmışdı və həmin tarixdən bu tərəfə faiz dərəcəsi bu səviyyədə idi.

“Sürətli desinflyasiya və davamlı valyuta bazarı şərtləri mərkəzi banka uçot faiz dərəcəsinin azaldılması dövrünə başlamaq imkanı verib”- deyə, UMB-nin açıqlamasında deyilir.