Valyuta hərracında tələb 45,5% azalıb

12:40 - 27.07.2023


27 iyul, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatına görə, iyulun 27-də keçirilən valyuta hərracında bankların tələbi $32,5 mln təşkil edib və tam təmin edilib. Bu, ötən hərracdan $27,1 mln və ya 45,47% azdır.

Valyuta hərracının yekunlarına əsasən manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.