"Facebook"un aylıq 3 milyarddan çox aktiv istifadəçisi var

11:41 - 27.07.2023


27 iyul, Fineko/abc.az. "Facebook"un aylıq 3 milyarddan çox aktiv istifadəçisi var.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "Meta"nın son rüblük hesabatında qeyd edilib.

Məlumata görə, "Facebook", gənclər arasında populyarlığının azalmasına baxmayaraq, platforma hələ də aktuallığını qoruyub saxlaya bilir. 

"Meta"nın WhatsApp, Instagram, Messenger və Threads-ın daxil olduğu bütün proqramlar ailəsində aylıq 3,88 milyard aktiv istifadəçi var. Bu, dünya əhalisinin təxminən yarısıdır.

"Meta" və onun investorları üçün əhəmiyyətli olan gündəlik aktiv istifadəçilərin sayı da artmaqda davam edib. Daha əvvəlki rübdə 2,037 milyard olan Facebook-un gündəlik aktiv istifadəçi sayı ötən rübdə 2,064 milyard təşkil edib.