FED uçot dərəcəsini bu qədər artırdı

10:46 - 27.07.2023


27 iyul, Fineko/abc.az. FED uçot dərəcələrini son 22 ilin ən yüksək səviyyəsinə qaldırıb.

ABC.AZ-ın xarici mətbuata istinadən məlumatına görə, keçən ay faiz artımını dayandıran ABŞ Federal Ehtiyat Sistemi (FED) iyul iclasında gözləntilərə uyğun olaraq siyasət faizini 25 bənd artırıb.

Beləliklə, uçot dərəcələri 2022-ci ildən bəri 11-ci dəfə artırılaraq son 22 ilin ən yüksək səviyyəsinə çatıb.

Qərarın mətnində daha çox faiz artımı ola biləcəyi, inflyasiyanın azaldılması üçün əlavə sərtləşdirmənin ölçüsünün qiymətləndiriləcəyi bildirilib.