10:33 - 27.07.2023
27 iyul, Fineko/abc.az. Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti Cəbrayıl rayonunun Horovlu kəndində 2, 3, 4 və 5 otaqlı fərdi yaşayış evlərinin tikintisi üçün açıq tender elan edib.
ABC.AZ xəbər verir ki, tenderdə iştirak haqqı 1 500 manatdır.
İddiaçılar ilkin sənədləri sentyabrın 1-i, saat 10:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə sentyabrın 11-I, saat 17:00-a qədər qurumun Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospektində (“Ağ şəhər”) ofisinə təqdim edə bilərlər.
Təkliflərə sentyabrın 12-də, saat 10:00-da qeyd olunan ünvanda baxılacaq.
Xatırladaq ki, Horovlu kəndinin təməli bu il mayın 4-də Prezident İlham Əliyevin iştirakı ilə qoyulub.
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026