11:50 - 26.07.2023
26 iyul, Fineko/abc.az. Hal-hazırda Azərbaycanda ciddi problemi olan bank yoxdur.
ABC.AZ xəbər verir ki, bunu Mərkəzi Bankın faiz dəhlizinin parametrlərinin müəyyən edilməsi ilə bağlı keçirdiyi mətbuat konfransında Baş Bankir Taleh Kazımov deyib.
O qeyd edib ki, bankların əsas maliyyə göstəriciləri kifayət qədər normaldır və ciddi risklər yoxdur:
"Bir bankın bağlanması tendensiya deyil. Bizim əsas məqsədimiz maliyyə sabitliyini, iqtisadi artıma töhvə verməkdən ibarətdir. Maliyyə sabitliyinə xələl gətirəcək maliyyə təşkilatı, bank və ya sığorta şirkəti olarsa onlara əvvəlcə xəbərdarlıq edilir, bu barədə səhmdarlara müraciət edilir. Nöqsanlar aradan qaldırılmadığı halda onun fəaliyyətinə baxmaq olar".
Müəllif: Elmir Murad
9 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026