10:16 - 26.07.2023
26 iyul, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 52 bank olmayan kredit təşkilatından (BOKT) 15-i ötən ili zərərlə başa vurub.
ABC.AZ "Renkinq” ə istinadla xəbər verir ki, bunlar, “Azfinans”, “Azmikroinvest”, “FNC”, “Azəri Star Mikromaliyyə”, “Caspian İnvest”, “Aset Maliyyə Texnologiyaları”, “Finans İnvest”, “İcraçı Kredit Agentliyi”, “Azinvestkredit”, “Birkart”, “Azərbaycan Mikro-Kredit”, “Prior Credit”, “SF Azerbaijan”, “Finex Kredit” və “Para” BOKT-lardır. Zərərin ən yüksək həddi “Para”da 1,825 milyon manat), zərərin ən aşağı həddi isə “Azfinans”da (3 min manat) qeydə alınıb.
Qalan 37 BOKT isə müxtəlif məbləğlərdə (xalis) mənfəət əldə edib. Onlardan 6-da bu göstərici 2,5 milyon manatdan çox olub. Bunlar, “PSG Finans” (5,467 milyon manat), “Azpul” (3,541 milyon manat), “FİNKA Azərbaycan” (3,267 milyon manat), “Embafinans” (3,17 milyon manat), “City Finance” (3,06 milyon manat) və “M Bulak” (2,9 milyon manat) və BOKT-lardır.
Qalan 31 BOKT-dan 8-nin (xalis) mənfəəti 1-2,5 milyon manat arasında, 14 BOKT-un (xalis) mənfəəti 100 min manatdan 1 milyon manata qədər, 9 BOKT-un (xalis) mənfəəti isə 100 min manatdan azdır.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026