17:30 - 25.07.2023
25 iyul, Fineko/abc.az. 30 iyun 2023-cü il tarixinə Azərbaycanda banklar tərəfindən 3,081 min ədəd bankomat quraşdırılıb ki, bu da 2022-ci ilin sonuna olan göstəricidən 0,4% çoxdur.
ABC.AZ İnterfax-a istinadən xəbər verir ki, bu barədə Mərkəzi Bankdan məlumat verilib.
İyunun sonuna Bakıda 1604 ədəd (artım 0,8%), bölgələrdə 1477 ədəd (dəyişməyib) bankomat quraşdırılıb.
Respublika ərazisindəki ticarət və xidmət obyektlərində quraşdırılan pos-terminalların sayı 81,775 min ədəd təşkil edib ki, bu da ötən ilin sonuna olan göstəricidən 2,44% çoxdur.
Bununla yanaşı, Bakıda 56,014 min ədəd (artım 4%), regionlarda 25,761 min ədəd (azalma 0,9%) pos-terminal quraşdırılıb.
Hesabat dövründə pərakəndə ticarət obyektlərində 79,3 min ədəd pos-terminal və ya bütün pos-terminalların 97%-i quraşdırılıb.
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026