14:20 - 25.07.2023
25 iyul, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 52 bank olmayan kredit təşkilatından (BOKT) 19-u ötən il mənfəət vergisi ödəməyib.
ABC.AZ “Renkinq”ə istinadla xəbər verir ki, bunlar, “Aset Maliyyə Texnologiyaları”, “Azəri Star Mikromaliyyə”, “Azfinans”, “Azinvestkredit”, “Birkart”, “Caspian Invest”, “Effektinvest”, “Finans İnvest”, “Finex Kredit”, “Fintrend”, “FNC”, “Para”, “Prior Credit”, “Pro Kredit”, “SF Azerbaijan”, “Azmikroinvest”, “İcraçı Kredit Agentliyi”, “Azərbaycan Mikro-Kredit” və “Kredaqro” BOKT-lardır.
Qalan 33 BOKT isə müxtəlif məbləğlərdə mənfəət vergisi ödəyib. Onlardan 6-da bu göstərici 500 min manatdan çox olub. Bunlar, “PSG Finans” (1,207 milyon manat), “Embafinans” (923 min manat), “Azpul” (885 min manat), “City Finance” (765 min manat), “M Bulak” (615 min manat) və “MJ Financial Services” (584 min manat) BOKT-lardır.
Qalan 27 BOKT-dan 9-nun mənfəət vergisi ödəmələri 100-500 min manat arasında, 18 BOKT-un mənfəət vergisi ödəmələri isə 100 min manatdan azdır.
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
1 Sentyabr 2026
2 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026