Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 2,5 faiz bəndi artırıb

15:48 - 20.07.2023


20 iyul, Fineko/abc.az. İyulun 20-də Türkiyə Mərkəzi Bankının (TMB) Pul siyasəti komitəsinin növbəti iclası keçirilib.

ABC.AZ quruma istinadən xəbər verir ki, iclasda uçot dərəcəsi 2,5 faiz bəndi artırılaraq 15%-dən 17,5%-ə qaldırılıb.

Xatırladaq ki, uçot dərəcəsi TMB-nin bu il iyunun 22-də keçirilmiş iclasında 8,5%-dən 15%-ə çatdırılmışdı.