Balans kapitalı azalan BOKT-lar

14:50 - 20.07.2023


20 iyul, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 52 bank olmayan kredit təşkilatından (BOKT) 18-nin bu il yanvarın 1-nə balans kapitalı illik müqayisədə az olub.

ABC.AZ “Renkinq”ə istinadla xəbər verir ki, bunlar, “Azfinans”, “Kredit Servis”, “Finans Kredit”, “Azkredit”, “FNC”, “Pro Kredit”, “Azmikroinvest”, “Finans İnvest”, “İcraçı Kredit Agentliyi”, “Merkuri”, “Azəri Star Mikromaliyyə”, “Brand Credit”, “Prior Credit”, “Caspian İnvest”, “Azərbaycan Mikro-Kredit”, “Aset Maliyyə Texnologiyaları”, “Azinvestkredit” və “Finex Kredit”dir.

Ən çox azalma “Finex Kredit”də (49%), ən az azalma isə “Azfinans”da (1,3%) qeydə alınıb.

1 BOKT-un – “Effektinvest”in balans kapitalı dəyişməyib.

2 BOKT-un “SF Azerbaijan” və “Para”nın balans kapitalının çatışmazlığı artıb. Müvafiq olaraq 11,3 dəfə və 12,1%.

Qalan 31 BOKT-un isə balans kapitalı artıb. Ən yüksək dinamika “Azpul”da (51,6 dəfə), ən aşağı dinamika isə “Embafinans”da (1,1%) qeydə alınıb.