Valyuta hərracında tələb 29% artıb

12:34 - 20.07.2023


20 iyul, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatına görə, iyulun 20-də keçirilən valyuta hərracında bankların tələbi $41,5 mln təşkil edib və tam təmin edilib. Bu, ötən hərracdan $9,4 mln və ya 29,28% çoxdur.

Hərracın yekunlarına əsasən manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.

İyulun 18-də keçirilən valyuta hərracında AMB banklara $32,1 mln satıb.