11:00 - 18.07.2023
18 iyul, Fineko/abc.az. “Goldman Sachs” gələn il ABŞ-da tənəzzül ehtimalı ilə bağlı gözləntilərini aşağı endirib.
ABC.AZ xəbər verir ki, ABŞ-da Maliyyə naziri Cenet Yellenin ölkədə tənəzzülü gözləmədiyini bildirməsindən sonra “Goldman Sachs” gələn il ABŞ-da tənəzzül ehtimalı ilə bağlı gözləntilərini 20%-ə endirib.
“Goldman Sachs”ın baş iqtisadçısı Yan Hatziusun isə qeyd edib ki, iqtisadi aktivlik və inflyasiya ilə bağlı son müsbət məlumatlardan sonra ABŞ iqtisadiyyatının növbəti 12 ayda tənəzzüldən qaçmaq şansı daha yüksəkdir:
“Biz yaxın 12 ayda ABŞ-da başlayan tənəzzül ehtimalını 25%-dən 20%-ə endiririk. Gözləntilərimizə yenidən baxmağın əsas səbəbi inflyasiyanı ağlabatan səviyyəyə endirmək üçün tənəzzülün lazım olmadığına inanmağımızdır”.
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
1 Sentyabr 2026
2 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026