Kredit portfeli azalan BOKT-lar

10:50 - 18.07.2023


18 iyul, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 52 bank olmayan kredit təşkilatından (BOKT) 13-nün bu il yanvarın 1-nə kredit portfeli illik müqayisədə az olub.

ABC.AZ “Renkinq”ə istinadla  xəbər verir ki, bunlar, “İcraçı Kredit Agentliyi”, “TCF”, “Brand Credit”, “Finex Kredit”, “Qafqaz Kredit”, “Finans İnvest”, “Azəri Star Mikromaliyyə”, “Kredit Servis”, “Caspian İnvest”, “Azmikroinvest”, “Para”, “Azinvestkredit” və “Birkart”dır.

Ən çox azalma “Birkart”da (100%), ən az azalma isə “İcraçı Kredit Agentliyi”ndə (2,6%) qeydə alınıb.

5 BOKT-un - “Pro Kredit”, “Finkapital”, “FNC”, “Aset Maliyyə Texnologiyaları” və “SF Azerbaijan”ın kredit portfeli ötən il formalaşıb.

Qalan 34 BOKT-un isə kredit portfeli artıb. Ən yüksək dinamika “Fintrend”də (48,4 dəfə), ən aşağı dinamika isə “Effektinvest”də (0,3%) qeydə alınıb.