Kristofer Uoller faiz mesajı verdi

12:30 - 14.07.2023


14 iyul, Fineko/abc.az. FED İdarə Heyətinin üzvü Kristofer Uoller faiz artımı ilə bağlı açıqlama verib.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, FED rəmisi inflyasiyanın hədəfinə endirilməsi üçün bu ilin növbəti iki rübündə də faiz artımına ehtiyac olduğunu bildirib:

“İnflyasiyanın hədəfimizə doğru irəliləməsini davam etdirmək üçün bu il qalan dörd görüşdə hədəf diapazonunda daha iki 25 bəndlik artım olmalıdır. Əmək bazarının möhkəm gücü və ABŞ iqtisadiyyatının möhkəm ümumi performansı bizə uçot dərəcələrini daha da yüksəltməyə imkan verir”.